Avropa İttifaqı (Aİ) Elm Mərkəzi tərəfindən nəşr olunan hesabatda, Aralıq dənizi və Qara dəniz bölgələrində iyul ayı sonu etibarilə “ağır, qalıcı və kritik” şərtlər, Avropanın cənubunda və şərqində daimi və təkrarlanan quraqlıq şəraitinin olduğu müəyyən edilib. Aİ iyul ayında Şərqi Avropada quraqlıq şəraitinin daha da pisləşdiyini, məhsullara və bitki örtüyünə təsir etdiyini bildirib.
Hafta.az-ın yazdığına görə, hesabatda Şərqi Avropada əvvəlki aylarla müqayisədə məhsul və bitki örtüyünə təsir edən "ağır quraqlıq şəraiti" yaşandığı, "qırmızı həyəcan" altında olan ərazilərin xüsusilə Bolqarıstan və Rumıniyada cəmləşdiyi vurğulanıb.
Səndlərdə, quraqlıq İspaniyanın şərqi, İtaliyanın böyük hissəsi, Polşa, cənub Baltik bölgələri, Yunanıstan, Balkanların böyük hissəsi, Ukrayna, Rusiyanın cənubu, Malta, Aralıq dənizi adaları, Türkiyənin orta qərb və şimalında geniş əraziləri təsir edir. İyul ayının sonunda şərtlərin “narıncı həyəcan”olduğu ifadə edilib.
Hesabatda Aralıq dənizi bölgəsində, xüsusilə İtaliyanın mərkəzi və cənubunda, İspaniyanın şimal-qərbində, Yunanıstanın şimal-şərqində və Türkiyənin mərkəzi-şimal bölgəsində bitki örtüyünə təsir edən quraqlıq həyəcanının qalıcı olduğu, Mərakeş, Əlcəzair, Tunis və Misirdə uzun sürən şiddətli quraqlığın daha da artdığının müşahidə olunduğu bildirilib.
Ukrayna, Rumıniya, Bolqarıstan, Serbiyanın şimalında, Macarıstanın cənubunda və Rusiyanın cənubunda quraqlıq şəraitinin sürətlə artdığı, Avropanın cənub və şərqində, Skandinaviyanın şimalında temperaturun mövsüm normalarının üzərində olduğu qeyd edilib.