Şevçenko Polşa milli futbol komandasına rəhbərlik edə bilər

14:19 13.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın futbol üzrə milli komandasının keçmiş baş məşqçisi Andrey Şevçenko Polşa komandasına rəhbərlik edə bilər, Onet.pl yazır.

Polşa Futbol İttifaqı millinin hazırkı baş məşqçisi Çeslav Mixnieviçlə müqavilənin avtomatik uzadılması variantından hələ də istifadə etməyib, baxmayaraq ki, hələ də belə variantı nəzərdən keçirir.

Eyni zamanda, birliyin rəhbəri Sezari Kuleşa Şevçenkonu millinin baş məşqçisi postuna dəvət etməyi xəyal edir.

Şevçenko Ukrayna millisinin tarixinin ən yaxşı bombardiridir (48 qol). 2004-cü ildə "Qızıl top"un qalibidir. İki dəfə Çempionlar Liqasının, iki dəfə İtaliya çempionatının bombardiri olub. Milan tarixində ikinci qolçudr.

O, 2016-2021-ci illərdə Ukrayna millisinin baş məşqçisi vəzifəsində çalışıb.