Şeyxülislamın nəhayət ki, Amuliyə cavabına çox sevindim - Millət vəkili

16:26 24.09.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Açığını deyim ki, Şeyxülislam Allahşükür Paşazadənin, nəhayət ki, İranla bağlı bəyanat verməsi məni çox sevindirdi.  Hamı gözləyirdi bunu. Bu, rəsmi Tehrana da çox güclü bir mesaj oldu ki, Azərbaycanın milli maraqları da var və onlar dini maraqlarımızla da üst-üstə düşür...

Bu fikirləri hafta.az-a millət vəkili Tahir Kərimli deyib.  

Onun sözlərinə görə, cənab Amuli dövlətlərarası münasibətlərlə yalnız siyasətçilərin məşğul olmalı olduğunu anlamalıdır:

"Axı sən ölkənin dini nümayəndəsisən. Sən dövlət başçısı, yaxud nazir hansısa  siyasi xadim deyilsən. Amulinin bəyanatı başdan-ayağa siyasiləşmiş  bir məsələ idi...

Hətta sovet dövründə də eşitməmişəm ki, İran gəlsin Araz çayı sahillərində hərbi təlimlər keçirsin. Amma Amuli din xadimi kimi sülh yaratmaq əvəzinə “SEPAH”ı Azərbaycana qarşı ciddi addımlara təhrik edir. Axı  sən özün də deyirsən ki, Arazın o tayı da ciyərparamızdır, eyni xalqıq,  dindaşıq.  Bu yandan öz dövlətinin ordusunu və təhlükəsizlik qüvvələrini Azərbaycana qarşı əzələ nümayişinə çağırırsan. Düzü, Amulinin çıxışına mat-məəttəl qaldım. Onun bu dərəcədə “irəli” gedəcəyini gözləmirdim.  Axı bu din xadimi bəzi fikirləriylə razışlaşmasaq da, həmişə milli, dini birliyimizdən danışardı... Görün vəziyyət nə həddə çatdı ki, Qafqaz şeyxülislamı da buna cavab vermək məcburiyyətində qaldı..." 

Oxunma sayı 905
Gündəm rubrikasından digər xəbərlər