“Shusha Chess-2022” beynəlxalq şahmat turnirinin püşkü atılıb

17:25 21.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə Şuşada keçirilən "Shusha Chess-2022" beynəlxalq şahmat turnirinin püşkü atılıb.

Hafta.az xəbər verir ki, iştirakçılar yarış üçün xüsusi hazırlanmış sandıqçaları açaraq, üzərində rəqəm yazılmış kağızları çıxarıblar. Püşkatma zamanı qadın şahmatçılara kəlağayı, kişi qrosmeysterlərə isə milli papaq hədiyyə olunub.

Püşkə əsasən, qadınların yarışında ilk turda Gövhər Beydullayeva Xanım Balacayeva, Nana Dzaqnidze (Gürcüstan) Günay Məmməzadə, Ülviyyə Fətəliyeva Gülnar Məmmədova, Marsel Efroimski (İsrail) Yolanta Zavadska (Polşa), Kübra Öztürk Güvənli (Türkiyə) Meri Arabidze (Gürcüstan) ilə qarşılaşacaq.

Kişilərin yarışında birinci turda Şəhriyar Məmmədyarov Qədir Hüseynov, Teymur Rəcəbov Parham Maqsudlu (İran), Rüstəm Qasımcanov (Özbəkistan) Rauf Məmmədov, Vasif Durarbəyli Hao Vanq (Çin), Nustafa Yılmaz (Türkiyə) isə Santoş Qucrati Vidit (Hindistan) ilə üz-üzə gələcək.

Qeyd edək ki, turnirin oyunları "Qarabağ" hotelində keçiriləcək. İlk tur bu gün saat 17:00-da start götürəcək. Turnirə sentyabrın 24-də yekun vurulacaq.

Oxunma sayı 2117