Spirtli içkinin təsiri altında maşın sürən 25 nəfər saxlanılıb

15:49 03.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, son bir neçə gün ərzində keçirilən tədbirlərlə avtomobili narkotikin təsiri altında idarə edən 5 sürücü saxlanılıb.

Həmçinin avtomobili sərxoş vəziyyətdə idarə edən 20 avtomobil sahibi də saxlanılıb.

Aşkarlanan faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.