Su sayğacının içərisindən 2 kq heroin çıxdı

14:54 19.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxt sakini olan bir nəfər polisə müraciət edərək yaşadığı evin girişində quraşdırılmış su sayğacının içərisinə naməlum bağlama yerləşdirildiyini bildirib.

DİN-dən verilən məlumata görə, Nizami RPİ-nin 25-ci Polis Şöbəsi əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilərək sayğacın içərisindən 2 kiloqrama yaxın narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.