Tacikistan hökuməti bir müddət əvvəl həbs edilmiş bir qrup tanınmış siyasi xadimin, eləcə də onların yaxın qohumlarının əmlakına həbs qoyub.
Hafta.az-ın yazdığına görə, istintaqa cəlb edilənlər aarsında Demokratik Partiyanın keçmiş sədri və parlamentin keçmiş deputatı Səidcəfər Usmonzoda, Tacikistan Ali Şurasının keçmiş sədri Akbarşo İskəndərov, keçmiş xarici işlər naziri Hamroxan Zərifiy, jurnalist və Demokrat Partiyasının sədr müavini Əhmədşah Komilzoda var. Tacikistan Sosial Demokrat Partiyasının sədri Şokirjon Hakimov və yaxın qohumlarının da bank hesabları dondurulub.
Onların ailə üzvlərinə ev, bağ evi, avtomobil, digər daşınar və daşınmaz əmlak satmaq və ya icarəyə vermək qadağandır.
“Həbs olunanların yaxınları da ailələrinə təzyiqlərdən şikayətlənirlər. “Onlardan biri bildirib ki, o, rəsmi qurumların məktubu əsasında işdən çıxarılıb”, - məlumatda deyilir.
Siyasətçilərin yaxınları bildirirlər ki, təcridxanada qohumları ilə görüşə icazə verilmir. Onların sözlərinə görə, əksər vəkillər məhbusların və onların yaxınlarının maraqlarını qorumaqdan imtina edib. Hazırda yalnız Əkbərşo İskəndərov və Şokirjon Həkimovun müstəqil vəkillərinin olduğu bildirilir.
Amma hətta bu vəkillər hələ də istintaq təcridxanasında müdafiəçiləri ilə görüşməyiblər. Keçmiş siyasi xadimlərlə bağlı işləri araşdıran Tacikistan Baş Prokurorluğu işlərin məxfi xarakter daşıdığı üçün heç bir təfərrüat açıqlamır.