Tehran danışıqlar üçün Vaşinqtondan ilk addım gözləyir

15:10 19.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tehran nüvə proqramı üzrə Vaşinqtonla danışıqlara hazırdır, lakin uranın zənginləşdirilməsindən tamamilə imtina etməyi düşünmür.

Hafta.az xəbər verir ki, bu barədə İran rəhbərliyinin xarici siyasət üzrə müşaviri Kamal Xərrazi CNN telekanalına bildirib:

“Onlar bizim irəli sürdüyümüz şərtlərlə əməkdaşlığa hazır olduqlarını göstərmək üçün ilk addımı atmalıdırlar... Bu, bərabərlik və qarşılıqlı hörmətə əsaslanmalıdır”.

O əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp diplomatik əlaqələrə deyil, öz məqsədlərinə çatmaq üçün gücdən istifadə etməyə üstünlük verir. Diplomat İranın danışıqlar üçün şərtlərinin dəyişməz qaldığını diqqətə çatdıraraq bildirib ki, Tehran uranın dinc məqsədlər üçün zənginləşdirilməsindən və ballistik raket proqramından imtina məsələlərini müzakirə etməyəcək.

Bu yay İran-Amerika danışıqlarında Vaşinqton israr edirdi ki, İran uranın zənginləşdirilməsini tamamilə dayandırsın, Tehran isə zənginləşdirməni nüvə bombası hazırlamaq üçün istifadə oluna bilməyəcək səviyyəyə çatdırmaqda qərarlı görünürdü.