Təhsil Nazirliyi pandemiya dövründə məktəblərin fəaliyyətinə dair sorğunun nəticələrini açıqlayıb

16:18 01.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Pandemiyanın hazırkı mərhələsində ümumi təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair martın 30-da elan edilən sorğu çərçivəsində 50 612 rəy qəbul edilib.

Hafta.az-ın məlumatına görə, sorğuda iştirak edənlərin 17.2 faizi fəaliyyətin mövcud qaydada davam etdirilməsini, 45.7 faizi bütün siniflər üzrə tədrisin distant formaya keçirilməsini, 6.3 faizi yalnız 5-9-cu siniflər üzrə tədrisin distant formada olmasını, 19.5 faizi yoluxmanın daha çox olduğu bölgələrdə tədrisin distant, digərlərində isə ənənəvi formada davam etdirilməsini məqbul hesab edib. 11.3 faizi isə "Digər" bəndini seçib.