Yazını böyüt
Yazını kiçilt
Ukraynanın Ternopol şəhərində üçü uşaq olmaqla 26 nəfərin Rusiyanın raket zərbəsi nəticəsində dağılan binada itkin düşdüyü bildirilir.
Hafta.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri İqor Klimenko “Teleqram” səhifəsində məlumat verib.
Nazirin sözlərinə görə, xilasedicilər və polis gecə ərzində Ternopoldakı hadisə yerlərində axtarış, təmizləmə işlərini aparacaq:
“Qarşıda çox iş var. Əsas odur ki, dağıntılar altında ola biləcək hər kəs tapılsın. Bu gün axşam saatlarında dağılmış binada 26 nəfərin itkin düşməsi barədə məlumat var. Üçü uşaqdır. Axtarırıq”.
Rusiyanın zərbəsi nəticəsində 26 nəfərin öldüyü təsdiqlənib. Yüzə yaxın yaralı var. Binanın iki giriş blokunda mənzillər tam olaraq dağılıb.