Türkiyənin Dənizli vilayətinin Çivril rayonunda keçirilən toyda maraqlı hadisə yaşanıb. Rayon bələdiyyəsinin idman klubunda aşpaz işləyən 22 yaşlı Muammər Akçümən və Tuğba Akçümənin toy mərasimində qonaqlardan biri olan Süleyman Gültekin bəyə Kanqal küçüyü hədiyyə edib.
Hafta.az-ın yazdığına görə, hədiyyədən təəccüblənən cütlük bir müddət küçüyü sığallayıb, əyləniblər. Bu qeyri-adi toy hədiyyəsinə təəccüblərini gizlədə bilməyən qonaqların çəkdiyi şəkillər sosial şəbəkələrdə səs salıb.
Bəy Akçümən hədiyyəni alarkən təəccübləndiyini gizlətməyib və bildirib ki, əvvəllər bu məsələni iti bağışlayan dostu ilə müzakirə edib, amma bunu edəcəyinə inanmayıb. "O, sevdiyi Kanqal itini toyuma gətirəcəyini dedi. Əlbəttə ki, mən ona inanmadım. Sonra hədiyyəvermə mərasimi zamanı gözəl bir mahnının sədaları altında it qucağında içəri girdi. Hamı çox təəccübləndi", - deyə o bildirib.
Gəlin Tuğba Akçümən küçüyü görəndə təəccübləndiyini, lakin bunun toyu daha mənalı etdiyini bildirib.
Gültəkin bildirib ki, bu cür toy hədiyyəsini dostunun bu it cinsinə marağı olduğu üçün seçib.