Tramp Netanyahuya deyib ki, İsrail dünya ilə döyüşə bilməz

09:30 09.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp İsrail- HƏMAS sazişindən dərhal sonra İsrailin Baş nazir Benyamin Netanyahu ilə telefonla danışıb.

Hafta.az xəbər verir ki, bu barədə o, “Fox News”a müsahibəsində deyib.

“Netanyahu bu olanlara inana bilmədiyini dedi. O bildirdi ki, artıq bütün dünyanın ondan xoşu gəlir. Mən isə bildirdim ki, ən vacibi, artıq hər kəs İsraili yenidən sevir. Ona dedim ki, İsrail dünya ilə döyüşə bilməz. Onlar həqiqətən bütün dünya ilə mübarizə apara bilməzlər və o, bunu çox gözəl anlayır. Beləliklə, bunların hamısının bir araya gəlməsi gözəl mənzərədir”, - deyə Tramp qeyd edib.