Trampdan Rusiyaya xəbərdarlıq - Ukraynaya “Tomahawk” raketləri göndəriləcək

08:41 13.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Rusiya müharibəni tezliklə həll etməsə, Ukraynaya uzaqmənzilli “Tomahawk” raketləri göndərəcəyəm”.

Hafta.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp İsrailə səfəri zamanı təyyarədə jurnalistlərə açıqlamasında deyib:

“Tomahawk” inanılmaz gücə malik hücum silahıdır. Düzünü desəm, Rusiya bunu istəməz”.