Trampın Qəzzanın yenidən qurulmasında böyük rol oynamasını istəyirik - Əbdülfəttah əs-Sisi

19:55 13.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident Trampın Qəzzanın yenidən qurulmasında böyük rol oynamasını istəyirik.

Hafta.az xəbər verir ki, bu sözləri Misir Prezidenti Əbdülfəttah əs-Sisi Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Şarm əl-Şeyxə gələn ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüşündə bildirib.

“Qəzzaya humanitar yardımın daxil olması təmin edilməlidir”, - deyə əs-Sisi vurğulayıb.

Qeyd edək ki, Yaxın Şərq Sülh Sammitində 20-yə yaxın dövlət və hökumət başçısı iştirak edir. Sammitdə Yaxın Şərqdə sülhlə bağlı rəsmi imzalanma mərasiminin olacağı gözlənilir./azertac/