“Türk Hava Yolları” “Neftçi” ilə əməkdaşlığı dayandırdı

22:00 15.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Neftçi”nin titul sponsoru müəyyənləşib.

Hafta.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 2023-2024 mövsümündə paytaxt təmsilçisinin yeni sponsoru qlobal brend olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) olacaq.

Sözləşməyə görə, əsas və əvəzedici komandaların oyun, həmçinin, məşq formalarının ön hissəsində SOCAR-ın loqosu əks olunacaq.

“Neftçi” 2018-ci ildə Türkiyənin milli aviasiya şirkəti “Türk Hava Yolları” ilə sponsorluq müqaviləsi imzalamışdı. THY 2019-20 mövsümündən “ağ-qaralar”ın titul sponsoru olub. Ancaq adıçəkilən şirkətlə əməkdaşlıq müqaviləsinin müddəti başa çatıb.

Qeyd edək ki, “Türk Hava Yolları”nın titul sponsoru olduğu müddətdə də klubun baş sponsoru SOCAR olub.