Türkiyə klubunun baş məşqçisi pulsuz işləyəcək

23:05 26.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədəki güclü zəlzələnin baş verdiyi şəhərlərdən olan İskenderunu təmsil edən eyni adlı klubun yeni baş məşqçisi müəyyənləşib.

Hafta.az xəbər verir ki, 2-ci Liqa təmsilçisini Levent Şahin çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İskemdurun şəhərindən olan Levent Şahin kluba dəstək məqsədilə komandada pulsuz çalışacaq. 49 yaşlı mütəxəssis "İskenderun"da işləyəcəyi müddət ərzində maaş almayacaq.