Türkiyədə universitetdə gərginlik: Girovlar var

14:42 26.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Gümüşhane Universitetinin bir əməkdaşı silahla başqa bir işçini girov götürüb.

Hafta.az xəbər verir ki, Gümüşhane Universitetinin Bağlarbaşı məhəlləsindəki əsas kampusunda yerləşən Mühəndislik və təbiət elmləri fakültəsinin əməkdaşı və uzman çavuş rütbəsində xidmət etmiş kişi eyni fakültədə çalışan qadın məmuru silahla girov götürüb. Onun hərəkətinin səbəbi hələlik məlum deyil.

Hadisə yerinə çox sayda xüsusi əməliyyat polisi əməkdaşı cəlb edilib. Məktəbin ətrafındakı ərazi boşaldılıb və damlarda snayperlər yerləşdirilib. Həm kampus ərazisinə, həm də fakültəyə giriş-çıxışlar nəzarət altına alınıb. Polis girov götürən şəxsi fikrindən döndərmək üçün səylərini davam etdirir. /İHA/