Yazını böyüt
Yazını kiçilt
Gürcüstanda təlim-məşq toplanışını başa vuran 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.
Hafta.az xəbər verir ki, Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilmiş matç 2:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb. Millimizin qolunu 4-cü dəqiqədə Şəkər Piriyeva vurub.
Qeyd edək ki, bu komandalar arasında sentyabrın 20-da keçirilmiş ilk qarşılaşma 2:0 hesabı ilə Gürcüstan yığmasının xeyrinə nəticələnmişdi.