Üç nəfər itkin düşüb

11:25 31.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Üç nəfər itkin düşüb.

Hafta.az xəbər verir ki, Suraxanıda 2010-cu il təvəllüdlü Ü.M. evdən çıxıb və bir daha geri qayıtmayıb.

Binəqədidə isə 2006-ci il təvəllüdlü qız itkin düşüb. Bu barədə onun atası polisə məlumat verib.

Bundan başqa, Musayev Əmrah Mail oğlu polisə müraciət edərək bildirib ki, qeyri-rəsmi nikahda olduğu 2006-cı il təvəllüdlü Z.Ş. evdən çıxaraq geri qayıtmayıb.

Hər üç faktla bağlı araşdırma aparılır.