UEFA-dan Elçin Məsiyevə növbəti təyinat

12:53 22.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın FİFA referisi Elçin Məsiyev UEFA-dan yeni təyinat alıb.

Hafta.az UEFA-nın saytına istinadən xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda 6-cı qrupun 3-cü turunda Latviya - İsrail matçını idarə edəcək. 

Məsiyevə Pərvin Talıbov və polşalı Mixal Sobçak yan xətt hakimləri qismində köməklik göstərəcək. 

Qeyd edək ki, martın 28-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. 

Xatırladaq ki, Məsiyev bu gün İsrail - Polşa oyununu da idarə edəcək.