UEFA “Qarabağ”a ödəniş edib

12:15 01.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

UEFA növbəti dəfə “Qarabağ” klubuna ödəniş edib.

AFFA-nın rəsmi saytında yer alan xəbərə görə, “Köhlən atlar”ın UEFA Avropa Liqası turnirinin qrup mərhələsində qazandığı qələbələrə görə (Performance bonus) Avropa futbol qurumu tərəfindən ayrılmış 1 294 000 avro maliyyə vəsaiti ödənilib.

Məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.