UEFA Region Kubokunda Azərbaycan təmsilçisinin rəqibləri bəlli olub

17:33 07.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

UEFA Region Kubokunda 2024-2025-ci illər mövsümünün püşkü atılıb.

Hafta.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanı təmsil edəcək komanda mübarizəyə ilkin mərhələdən başlayacaq. Komanda B qrupunda İsveç və Gürcüstan klubları ilə mübarizə aparacaq.

Bu mərhələnin oyunları 2024-cü il iyulun 31-dək keçiriləcək. Qrup qalibi əsas mərhələdə İrlandiya, İsveçrə və Şimali İrlandiya komandalarına rəqib olacaq.

Qeyd edək ki, Azərbaycanı turnirdə AFFA Region Liqasının 2023-2024-cü illər mövsümünün qalibi təmsil edəcək.

Oxunma sayı 116