Yazını böyüt
Yazını kiçilt
UEFA prezidenti Aleksandar Çeferin Rusiya klublarının Avropada keçirilən turnirlərə mümkün qayıdışı ilə bağlı fikirlərini bölüşüb.
Hafta.az-ın yazdığına görə, UEFA prezidenti bildirib ki, Rusiya millisi və idman klubları yalnız Ukraynada müharibə başa çatdıqdan sonra geri qayıda bilər.
Bundan əvvəl Rusiya Futbol İttifaqının baş katibi Maksim Mitrofanov bildirmişdi ki, Rusiyanın beynəlxalq arenaya qayıtması ilə bağlı UEFA və Beynəlxalq Futbol Federasiyası (FİFA) ilə danışıqlar davam edir.
2022-ci ilin fevralında Ukraynada başlanan qanlı müharibədən sonra Rusiya futbol komandası və klublarımız beynəlxalq turnirlərdən kənarlaşdırılıb.