Ukrayna Paris 2024 Olimpiadasını boykot edə bilər

20:22 26.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlarda iştirakına icazə vermək mövqeyinə görə 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarını boykot edə bilər.

Bu barədə öz Facebook səhifəsində Milli Olimpiya Komitəsinin prezidenti, Ukraynanın gənclər və idman naziri Vadim Qutzeyt məlumat verib.

Qutzeit bildirib ki, Ukrayna Rusiya və Belarus idmançılarının yarışa buraxılmasının qəti əleyhinədir. Və Rusiya Federasiyası və Belarus nümayəndələrinə 2024-cü il Olimpiadasında iştiraka icazə verilərsə, ukraynalı idmançılar turniri boykot edə bilərlər.

Oxunma sayı 246