Ukraynanın ayrıca dövlət kimi qalması təhlükədir - Medvedçuk

11:40 16.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mən Ukraynanı gələcəkdə dövlət kimi görmürəm. Bizim strateji məqsədimiz ukraynalıların Rusiyaya yenidən birləşməsidir.

Hafta.az xəbər verir ki, bunu ukraynalı siyasətçi, Ukraynada fəaliyyəti qadağan edilmiş Müxalifət Platforması – Həyat Naminə Partiyasının keçmiş lideri Viktor Medvedçuk deyib.

“Ukraynanın içərisində Rusiyaya inteqrasiya tərəfdarları mövcuddur və “Rusiyanın tərkibində yaşamaq” ukraynalılar üçün gələcəyin ən yaxşı variantıdır” - deyə siyasətçi qeyd edib.

O, Ukraynanın ayrıca dövlət kimi saxlanmasını həm Rusiya, həm də ölkə sakinləri üçün təhlükə adlandırıb və istənilən formatda Ukraynanın kollektiv Qərbin mövqeyinə çevriləcəyini bildirib.axar.az