Üzgüçümüz İslam Həmrəyliyi Oyunlarının qalibi olub -FOTO

21:00 16.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçüsü uğura imza atıb.

Üzgüçülük Federasiyasının mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, komandamızın üzvü Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulla üzmə yarışlarında 01.58.26 göstərici ilə bütün rəqiblərindən üstün olub və qızıl medal qazanıb.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.

İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Oxunma sayı 143