Vaşinqtonda Milli Qvardiya əsgərlərinin sayı 500 nəfər artırılacaq

09:14 27.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp iki əsgərin güllələnməsindən sonra paytaxt Vaşinqtonda Milli Qvardiya əsgərlərinin sayını 500 nəfər artırmaq barədə tapşırıq verib.

Hafta.az xəbər verir ki, bu barədə Müharibə katibi Pit Heqset açıqlayıb.

"Bu hadisə yalnız Vaşinqtonu təhlükəsiz və gözəl etmək əzmimizi daha da artıracaq. Cinayətkarlığın azalması, təhlükəsizlik və mühafizənin artması tarixi bir addımdır. Lakin cinayətkarlar bu kimi zorakılıqlar etmək istəyirlərsə, biz heç vaxt geri çəkilməyəcəyik", - deyə o bildirib.