Moskvada bir qadın illər əvvəl sosial media platforması VK-da (VKontakte) paylaşdığı videoya görə 100 min rubl cərimələnib.
Hafta.az-ın yazdığına görə, polis gənc qadını metro stansiyasında saxlayıb və onun barəsində axtarış elan olunduğunu bildirib. Qadın bu vəziyyəti polisdən öyrənənə qədər heç nədən xəbərinin olmadığını deyib.
Adı açıqlanmayan qadın illər əvvəl VK hesabında paylaşdığı videoda iki kişinin öpüşdüyünü öyrənib və bunun “qeyri-ənənəvi dəyərlərin” təbliğatı kimi qiymətləndirilib. Məhkəmə qadını təqsirli bilib və yüksək məbləğdə cərimə kəsib. Qadın LGBT* icması ilə heç vaxt əlaqəsinin olmadığını və heç bir təbliğat məqsədi daşımadığını vurğulayıb.
Vəziyyəti araşdıran ekspertlər bildirirlər ki, hətta illər əvvəl sosial media hesablarında qeydə alınan məzmunlar da hüquq-mühafizə orqanlarının radarına düşə bilər. Xüsusilə köhnə sosial media hesablarının məzmunlarının mütəmadi olaraq yoxlanılmalı və lazım gəldikdə təmizlənməli olduğu bildirilir.
Hadisədən sonra qadının vəkilləri hökmün qanunsuz olduğunu və apellyasiya şikayəti verəcəklərini bildiriblər. Rusiyada oxşar hallar artsa da, bu cür cəzalar geniş ictimai təsir bağışlayır.