Xankəndidə “Ararat” erməni-rus regional mərkəzi açılır - NƏ ETMƏLİ?

11:46 07.03.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ukrayna-Rusiya müharibəsində xüsusilə Rusiyadakı ermənilər fəallaşıb. Erməni separatçıları Qarabağda kök salmağın növbəti mərhələsini aktivləşdirməyə başlayıblar.  Separatçılar və onların Rusiyadakı lobbilləri Qarabağı boşaltmaq əvəzinə, özbaşına, qeyri-qanuni hərəkətlərindən əl çəkmir, ərazilərdə yerləşən müvəqqəti rus sülhməramlılarnın missiyasında olan rayonlarımızda istədikləri kimi mərkəzlər yaradıb ordakı qeyri-qanuni fəaliyyətlərini  təsdiq etməyə çalışırlar.

Erməni separatçı rejim bu dəfə də Xankəndi -Qarabağ ərazisində “Ararat erməni -rus  regional filialı”nı açmaq istəyir. 

Bu filialı Rusiyada fəaliyyət göstərən erməni QHT rəhbərləri yaradır. Bu günlərdə isə erməni QHT-ləri Qarabağda -Xankəndinə Donetsk – Luqanskın tanınmasına dair aksiya keçiriblər.

Siyasi şərhçi, ermənişünast alim Qafar Çaxmaqlı hafta.az-a bildirib ki, Azərbaycan Qarabağın sülhməramlıların nəzarətində olan ərazilərində öz suveren hüquqlarını bərpa etməyənə qədər ermənilərin bu cür qeyri-qanuni addımların sayı çox olacaq.  Beləliklə ermənilər bu bölgədə rusların yardımı ilə möhkəmlənərək, burada yenə də əvvəlki separatçı hərəkətlərini davam etdirəcəklər. 

“Biz birinci növbədə Qarabağda Azərbaycan qanunlarını tətbiq etməliyik ki, belə anormal hallar  ortaya çıxmasın. Biz nə qədər geciksək, o qədər də ermənilər orda möhkəmlənib gələcəkdə bizim başımıza bəla olacaqlar”.  

Q.Çaqmaqlı hesab edir ki, ermənilərin Qarabağdakı özbaşınalığına son qoymaq üçün Azərbaycan qətiyyətli addımlar  atmalıdır. 

“Bu gün bir filial açırlarsa, sabah Rusiyanın və digər ölkələrin başqa quruluşlarının filiallarının açılması  ola bilər.  Burada ermənilərin qalması, möhkəmləndirilməsi tədbirlərinin görülməsi məqsədi güdülür. Bundan sonra da belə hallarla qarşılaşa bilərik. Ona görə də Azərbaycan ən sərt şəkildə Qarabağda öz qanunlarını tətbiq eləməlidir.  Orada suveren hüquqlarımız bərpa edilməli, dövlət orqanlarımız artıq həmin ərazilərdə fəaliyyətə başlamalıdır. Bu Azərbaycan ərazisidir və orada separatçı dəstələrin boy göstərməsinə imkan verməməliyik”.