Xəzərdəki gəmidə baş vermiş yanğın tam söndürülüb

11:06 03.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Həyata keçirilmiş fasiləsiz tədbirlər sayəsində Xəzər dənizindəki təchizat gəmisində baş vermiş yanğın tam söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatda bildirib ki, nazirliyin əməkdaşları və texnikalarla həyata keçirilmiş fasiləsiz tədbirlər sayəsində təchizat gəmisində baş vermiş yanğın tam söndürülüb.

Xatırladaq ki, iyulun 31-də Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisində yanğın baş verib və həyata keçirilmiş tədbirlər nəticəsində yanan gəmidə olan heyət üzvləri yaxınlıqda olan digər gəmilərə təxliyə olunub.