Xocalı rayon Polis Şöbəsinin əməkdaşları bayram sovqatı paylayıb

18:19 31.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhid ailələrinə, eləcə də aztəminatlı ailələrə bayram sovqatları paylanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar həmin ailələrə təqdim olunub, qarşıdan gələn bayram münasibətilə onları təbrik ediblər.