Yasamal Rabitə Qovşağında elektron növbə sistemi işləmir - FOTO

15:13 09.08.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Yasamal Rabitə Qovşağında artıq 1 aya yaxındır ki, elektron növbə sistemi və məlumat monitorları işləmir. Bu barədə hafta.az-a Yasamal Rabitə Qovşağınnın xidmətlərindən istifadə üçün üz tutan vətəndaşlar bildiriblər.

Şikayətlənən şəxslər deyir ki, vətəndaşlara müvafiq müraciət üzrə növbələr kağıza əl ilə yazılaraq təqdim edilir. Bina daxilində nə sosial məsafə gözlənilir nə də maska taxılır:

“Həmçinin növbələri göstərən monitorlar da işləmədiyindən xidmət pəncərələrinin qarşısında sıxlıq yaşanır. Bina daxilində maska və sosial məsafə qaydalarına da əməl olunmur. İstəyən şəxs  maska taxır, istəyən yox”.

Narazılığını bildirən vətəndaşların sözlərinə görə, bu vəziyyət bir aya yaxındır ki belədir.