Yaxın Şərqdə sülhlə bağlı ikinci mərhələ tezliklə baş verəcək - Tramp

09:00 04.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Yaxın Şərqdə hər şey yaxşı gedir”.

Hafta.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu gün bomba partladıldığına və insanların xəsarət aldığına dair məlumat alıb:

“Lakin Yaxın Şərqdə sülh var. İnsanlar bunu anlamırlar. Bizim 59 ölkə ilə böyük dəstəyimiz var. İkinci mərhələ ilə bağlı iş irəliləyir. Bu, tezliklə baş verəcək”.