Yeddi ayda İİV-ə 799 nəfər YOLUXUB

13:13 16.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna (QİÇS) yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

Hafta.az xəbər verir ki, bu barədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-iyul aylarının yekununa dair məlumatda bildirilib.

Məlumatda qeyd edilib ki, ötən yeddi ay ərzində İİV-ə 799 nəfər yoluxub.
Onlardan 786 nəfəri Azərbaycan vətəndaşı, 13 nəfəri isə əcnəbi olmuşdur. Azərbaycan vətəndaşları arasında 43 nəfəri (5,4%-i) inyekson narkotik istifadəçiləri olub.