Yeni bombardmançı təyyarələrin sifarişi nəyi diqtə edir?

08:36 28.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp administrasiyanın yeni B-2 Spirit gizli strateji bombardmançı təyyarələri sifariş etdiyini açıqlayıb.

Hafta.az xəbər verir ki, hərbçilərlə videokonfrans zamanı Tramp bu ilin yayında İrana qarşı həyata keçirilmiş əməliyyatın B-2 bombardmançılarında istifadə olunan gizli texnologiya sayəsində uğurlu alındığını bildirib:

“Mən həmin pilotlara, mexaniklərə və B-2 bombardmançılarına xidmət edən bütün insanlara təşəkkür edirəm. Biz sadəcə olaraq bu təyyarələrdən daha çoxunu sifariş etdik. Onlar təyyarələrin uçduğunu bilirdilər, amma heç kim onları görə bilmədi”.

Noyabrın 11-də Arlinqton qəbiristanlığında etdiyi çıxışında Tramp ABŞ-ın B-2 strateji bombardmançılarının bir partiyasını sifariş etdiyini bildirmişdi. Oktyabrda isə o, ABŞ-ın bu tipdən 28 ədəd təyyarə sifariş etdiyini açıqlamışdı. Lakin Arlinqtondakı çıxışında da, noyabrın 27-dəki müraciətində də Tramp söhbətin həmin əvvəlki partiyadan, yoxsa yeni sifarişdən getdiyini dəqiqləşdirməyib.