Yenidən "Bavariya"nın prezidenti seçildi

10:48 16.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Herbert Hayner yenidən "Bavariya"nın prezidenti seçilib.

Hafta.az Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 68 yaşlı funksioner seçkidə böyük səs çoxluğu ilə qalib gəlib.

2019-cu ildən “Bavariya"nın rəhbəri olan Hayner bu vəzifədə Üli Hönnesi əvəzləyib.  "Bavariya" hazırda 16 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.