Yığmamız Monteneqroya uduzdu

22:52 04.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

Hafta.az xəbər verir ki, yığmamız ilk turda Monteneqro ilə qarşılaşıb.
 
Xorvatiyada keçirilən matç Monteneqro 2:1 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızda Edanur Mutlu fərqlənib.
 
Qrupumuzun digər oyununda Xorvatiya Kiprə 1:0 hesabı ilə qalib gəlib. 
 
Qeyd edək ki, millimiz oktyabrın 7-də Kipr, 10-da Xorvatiya ilə üz-üzə gələcək.

Oxunma sayı 2084