Bu ilin yanvar ayında Türkiyə və Azərbaycan qardaşlığının rəmzinə çevrilən Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi konsepsiya layihəsinin təqdimatı keçirilmişdi.
Memar Muxtar Ərturanın müəllifi olduğu layihə barədə hafta.az-a bildirdi ki, hazırda Zəfər muzeyinin tikintisi ilə bağlı bütün işlər dayandırılıb. Səbəbi isə hələlik bəlli deyil:
“Konsepsiya ilə bağlı müəyyən danışıqlar aparılırdı. İşlər tikinti yox, ondan öncəki yəni ilkin mərhələ üçün artıq başlamışdı. Mənim fikrimcə dayandırılmasına səbəb İtaliyan memarların təklifləri oldu. Onlarla yanaşı bir sıra Türk şirkətləri də öz təkliflərini verdilər. Ehtimal edirəm ki, hələ bu işə baxılmaqdadır”.
Memar ölkəmiz üçün ilk olacaq, dünyasəviyyəli başqa layihələrinin olduğunu da dilə gətirdi:
“Ümumilikdə çox maraqlı bir neçə layihələrimiz var. Azərbaycanda bir ilk olacağına görə hələ ki tikinti şirkətləri ilə danışıqlar aparılır. Deyə bilərəm ki, dünya memarlarının hazırladıqları konsepsiyalardan heç də geri qalmayan hətta onları üstələyən bir neçə layihəmiz var”.