Zelenskini öldürmək üçün 400 MUZDLU TERRORÇU GÖNDƏRİLDİ

10:11 28.02.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna prezidenti Zelenskini fiziki olaraq aradan götürmək üçün Kiyevdə 400 muzdlu silahlı fəaliyyət göstərir. Terrorçulara bu missiya üçün yüksək məbləğ söz verilib.

Hafta.az “The Times”a istinadən yazır ki, Kreml adından 4fəaliyyət göstərən 400-dən çox rusiyalı muzdluya prezident Zelenskiyə, Nazirlər Kabinetinin üzvlərinə sui-qəsd etmək və şəhəri Moskvanın nəzarəti altına almaq üçün zəmin hazırlamaq tapşırılıb.

Prezident Putinin ən yaxın müttəfiqlərindən birinin idarə etdiyi PMC olan Vaqner Qrupu beş həftə əvvəl Afrikadan muzdlu əsgərləri böyük maliyyə mükafatı müqabilində Zelenski hökumətinin başını kəsmək missiyasına göndərmişdi.

“Vaqneritlər” missiyası haqqında məlumat şənbə günü səhər Ukrayna hökumətinin masasına düşüb və bir neçə saat sonra Kiyev şəhərini rus diversantlarından təmizləmək üçün 36 saatlıq komendant saatı elan edib.