Zəngəzuru ermənilərə Nərimanov verməyib... – Vitse-spiker

15:15 08.10.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Zəngəzur Azərbaycanın tarixi ərazisi olub. 1920-ci ilin dekabr ayının 1-də Zəngəzur Kommunist Partiyası Mərkəzi Komitəsinin təşkilat və siyasi bürosu tərəfindən  bölünüb və bir hissəsi Ermənistana verildi. Zəngəzurun Ermənistana verilən hissəsi  demək olar ki, Türkiyə ilə Azərbaycan ərazisindəki quru sərhəddi bağladı. 

Bu fikirləri hafta.az-a Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli deyib.

Onun sözlərinə görə, düzdür, bunun günahını Nəriman Nərimanovun üstünə atmağa çalışırlar, amma o zaman onun bu məsələdə zərrə qədər də rolu ola bilməzdi:

“Çünki o Azərbaycan hökumətin başçısı idi, bunu isə Mərkəzi Komitənin təşkilat və siyasi bürosu edirdi. Sadəcə çıxardıqları qərarla bağlı Nərimanova bir kağız verdilər və o da bu qərarı oxumalı oldu. Ona görə də tarixdə Nərimanov Zəngəzurun verilməsi prosesinə qoşulan bir insan kimi daxil olub, əslində  dediyim kimi belə deyil.  Zəngəzurun bir hissəsinin alınıb Ermənistana verilməsi sadəcə Ermənistan ərazisinin genişləndrilməsi deyil.  Bu, dünyada gedən çox böyük geosiyasi maraqlardan doğan bir məsələdir. Vaxtilə Avrasiyada Vahid Türk Xətti olub. O Xətt Altaydan başlayıb, ta Orta Asiyaya qədər gəlib. Bu Türk Xəttinin parçalanması, türk dövlətlərinin, türklərin bir-biri ilə əlaqələrinin qırılması böyük dövlətlərin maraqlarında olan bir siyasət olub və tədricən həyata keçirilib”.