Zərdabda dələduzluğa görə axtarışda olan şəxs saxlanılıb

10:26 14.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dələduzluq etdiyinə görə axtarışda olan Bərdə rayon sakini Səbri Abdullayev Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs zərərçəkənin etibarından istifadə edərək ona torpaq sahəsinin sənədlərinin hazırlanmasında köməkliklər göstərəcəyi bərədə yalan vədlər verib və 5800 manatını ələ keçirib.

S.Abdullayevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Oxunma sayı 72