Yazını böyüt
Yazını kiçilt
"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.
Paytaxt təmsilçisi "Qəbələ"nin sabiq yarımmüdafiəçisi Rafael Utziqlə anlaşıb.
Braziliyalı vinger yaxın günlərdə Bakıya gələrək yeni komandasına qoşulacaq.
2020-2023-cü illərdə "Qəbələ"nin formasını geyinmiş R.Utziq ötən ilin yayında Çinin "Çunqam Asan" komandasına keçib.
Bundan başqa, "Zirə" ukraynalı hücumçusu Vladislav Kulaçla yollarını ayırıb. Təcrübəli forvardın müqaviləsinə vaxtından əvvəl xitam verilib.
V.Kulaç 2023-cü ilin yayından Bakı klubunda çıxış edirdi.