“Zirə” üç futbolçu ilə müqavilə bağlayıb

14:07 09.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Zirə” üç futbolçu ilə müqavilə müddətini uzadıb.

Klubdan hafta.az-a verilən məlumata görə, Qismət Alıyevlə 2, Anar Nəzirovla isə 1 illik yeni müqavilə bağlanılıb.

Ötən mövsümü icarə əsasında “Zirə”də keçirən Fuad Bayramov isə “Şamaxı”dan birdəfəlik transfer edilib. Müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Oxunma sayı 93