"28 May" metrosu ərazisində dəmir hasarlar arasında hansı işlər aparılır?- AÇIQLAMA- FOTO

13:59 10.02.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri Nəsimi rayonu ərazisində “28 May” metrosu ərazisində müəyyən hissə dəmir lövhələrlə hasarlanıb.

Hafta.az xəbər verir ki, iki gündən artıqdır, sözügedən ərazidə dəmir lövhələr quraşdırılıb, lakin heç bir iş aparılmır.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.  Bildirdilər ki, metroda gücləndirmə işləri aparılması məqsədi ilə təhlükəsizlik hasarı quraşdırılıb.

"Bakı Metropoliteninin" mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov da faktı təsdiqlədi: ”O işlər müvəqqətidir. Metroda gücləndirmə işləri aparılması məqsədi ilə təhlükəsizlik hasarı qurulub”.