Mart ayının 29-u və ya Hicri qəməri təqvimi ilə 15 Şaban müsəlman aləmində mühüm günlərdən biri sayılır. Çünki bu gün şiələrin 12 ci imamı Mehdinin əleyhissalamın mövlud günüdür.
Bu sözlər İranın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcanın imzası ilə Hafta.az-a daxil olan məqalədə deyilir. Qeyd olunur ki, Həzrəti Mehdi hicri tarixi ilə 255-ci ildə doğulub və bir müddət sonra insanların gözlərindən qeybə çəkilib. Bu qeybət hələ də davam edir. Bu mövlud gününü İranda , İraqda, Azərbaycanda və digər müsəlman ölkələrində dindarlar bayram kimi qeyd edirlər.
"Bu il şəmsi təqviminə əsasən (1400-cü il) 15 Şaban bayramı iki dəfə qeyd ediləcək. Bu da hamının sevincinə səbəb olub. Bu ümid və nur günü münasibətilə bütün dünya xilsakarını gözləyənləri təbrik edirəm" deyilən məqalədə müəllif əlavə edir ki, 15 Şaban haqqında bütün islam məzhəblərinə məxsus hədis kitablarında sənədlər mövcuddur. "Bu günlə bağlı çoxlu fəzilətlər nəql edilib. Bu gündə dua etmək, oruc tutmaq, namaz qılmaq və sair tövsiyə olunub. Yaxşı olar ki, biz müsəlmanlar bu günün və gücənin fəzilətlərindən bəhrələnək, tövsiyə olunan ibadətlərdən yerinə yetirək və İmam Zamanın (ə.c) zühuru üçün dua edək" yazan cənab Əli Purmərcan bir neçə məsələ barədə izah verir.
Birinci məsələ:
Şiə məktəbində intizar savabdır. İmam Sadiqdən (ə) zühuru gözləyən şəxs barədə sual etdilər. O, buyurdu: İmam Mehdini gözləyən şəxs İslam Peyğəmbəri ilə birlikdə olan şəxs kimidir. Digər yerdə isə belə buyurur: elə bil onunla birlikdə qılınc vurmuş şəxs kimidir. Qeybət zamanında imanı qorumaq çox çətindir. Peyğəmbər (s) İmam Əliyə (ə) belə buyurub: Ey Əli, bil ki, ən təəccüblü imanlar və ən böyük yəqinlər Axirəz-zamanda olan bir qrupa aiddir. Onlar Peyğəmbəri görməyib və İmam da gözlərindən qeybdə olar. Onlar ağ üzərindəki qaraya (kağız üzərindəki yazıya) iman edərlər. Buna görə də İmam Səccad (ə) Əba Xalid Kabuli adlı səhabəsinə belə buyurub: qeybət dövründə yaşayan insanlar əgər iki xüsusiyyətə malik olsalar, bütün zamanların insanlarından üstün olarlar. 1) imamətə inanmaq, 2) intizar. Çünki onların imanı Peyğəmbərin və imamların sözlərinə əsasən olar. Onların heç birini görmədən iman gətirərlər. İmam Mehdi zahirdə görməsək də, həyatdadır və bizlər gərək dua, sədəqə və sair ilə özümüzü ona yaxın edək.
İkinci məsələ:
İmam Zamanın (ə.c) qeybət dövründəki rəftarını bilməliyik: 1. Şiələr barədə məlumatlı olmaq. Həzrəti Mehdi (ə.c) Şeyx Müfidə belə buyurub: sizdən heç nə bizə gizli deyil. Bu bizim canlı bir imamı gözlədiyimizi göstərir. Digər dövrlərdə olanlar imamlarının harada olduğunu bilirdilər, lakin biz bunu bilmirik. Bununla da biz onun zühurunun gözləyənlərik.
2. Şiələrin işlərinə diqqət etmək. Bəzi vaxtlar bir dua və ya bir nəzirlə çətinliklər həll olunur. İmamın özü buyurur: Əgər biz şiələrin fikrində olmasaydıq, düşmənlər onları məhv edərdilər.
3. Dualarmız, sədəqə və sairlə İmam Zamanı xatırlatmağımız.
4. Şiələrin işlərini və əməl dəftərlərini ona verirlər. Bunlar imamın diri olması və zühur edəcəyini göstərir. Biz İmamın anadan olmasını deyil, zühurunu gözləyirik. Diqqət etməliyik ki, bəzi şübhələr bizi yoldan azdırmış olmasın. Zühur üçün vaxt təyin edənlər yalançı insanlardır. Çünki onun özü zühur vaxtını təkzib edir və bir yerdə buyurur: zühur üçün vaxt təyin edənlər həlak oldular.
Üçüncü məsələ:
İmam zühur etdikdə haradan başlayacaq və nə işlər görəcək? Görəsən kapitalizm, yoxsa kommunizm iqtisadiyyatını yayacaq?
Bu salın cavabında imamlardan nəql olunan bir hədisdə deyilir: İmam zühur etdikdə 4 iş əsas olacaq:
1. Allahın kitabına üz tutacaq və bu onu ölümdən xilas edəcək, Quranda buyurulanları yayacaq. Valideynə hörmət, insanlar arasında məhəbbət, sələmsiz iqtisadiyyat, halal yemək, qeybətsiz həyat və Allah kitabında buyurulanların hamısı.
2. Allah Rəsulunun (s) sünnəsinə əməl etmək.
3. Əli ibn Əbu Talibin (ə) vilayəti.
4. Düşmənlərindən ebzarlıq.
Şiələrin fikrincə, hər şey Quranda var və imam Mehdi (ə.c) Qurani Kərimə əsasən hərəkət edəcək.
Dördüncü məsələ:
Bu gün İmam Zamanın zühuru islam cəmiyyətlərində bir neçə xətər ilə üzbəüzdür:
1. Bəziləri digərlərinin cahilliyindən yararlanaraq qeybət mövzusundan suistifadə edirlər. Özlərini İmam Zaman bilir və ya onunla əlaqədə olmalarını iddia edirlər ki digərlərini öz arxalarınca çəksinlər və bu hədsilərin ziddinədir.
2. Zühur əlamətlərinin tətbiq edilməsi. Bəziləri rəvayət və hədislərdən yararlanmaqla onları tətbiq etmək istəyirlər. Məsələn, Yəmən müharibəsi, İŞID-in qara bayraqlarla ortaya çıxması kimi məsələlər. Zühur üçün dəqiq vaxt deyilməyib və xalqın etiqadları ilə oynamaq olmaz. Bəli, 5 qəti əlamət var: bunlar Süfyaninin çıxması, onun Məkkə yaxınlığında öldürülməsi, Asimani səs, Yəmaninin çıxması və Nəfsi Zəkiyyənin qətli. Ancaq bütün bunlaırn nə zaman baş verəcəyini bilmirik.
3. Həmişə İmam Zamanın kobud olduğu göstərilir və onun hamını qılıncla öldürəcəyi deyilir. Burada İmamın əsl simasını göstərmirik və onun rəhmani sifətini tanıtmırıq. Onun rəftarı Peyğəmbərin (s) rəftarı kimidir. Təəsüflər, onun qəzəbi mehribançılığından daha çox təbliğ olunur. İmam mehribandır və həmişə müsəlmanlara dua edir. Əlbəttə, Allah düşmənləri ilə yola getməyəcək.
4. Vaxt təyin etmək. Kitablar yazaraq vaxt təyin edirlər. Ancaq İmam özü buyurur: Vaxt təyin edənləri təkzib edin. Zühur məsləsi Qiyamət məsələsi kimidir. Məxsus zamanı yoxdur və birdən baş verəcək. Buna görə də İmam Zamanla daima əlaqəsi olduğunu deyən və ya o filan tarixdə zühur edəcək deyən yalançıdır.
Cənan Əli Purmərcan məqalənin sonunda qeyd edir ki, bu məsələlər bizə islam dini və şiə məktəbinin ümidverici və məntiqi olduğunu başa salır. "Allahın rəhmani və lütf sifəti burada hakimdir. Biz İmam Zaman yolu getməklə Qeybət fəlsəfəsi və İmamın zühuru ilə xurafatdan çəkinməliyik. Dini fəlsəfənin gücü ilə bu məsələni olduğu kimi dünyaya çatdırmalıyıq. İmam Mehdi (ə.c) mehribanlıq, ədaləti sabit edən, İlahi ədaləti yayan imamdır. Bu gün bayram və dua etmək lazımdır ki, Allah onun zühurunu tezləşdirsin. Mütləq o da bizim üçün dua edir. Çünki o da Peyğəmbər və digər imamlar kimi Axırzamanda ümmət üçün narahatdır. Onlar öz imamlarını görmür, ancaq yazılı olanlarla həqiqi dinə əməl edirlər" yazan nüəllif sonda bu gün münasibətilə bütün müsəlmanları və azadlıq sevərləri təbrik edir.
"Bu gün bayram və dua etmək lazımdır" - Əli Purmərcan
22:25 27.03.2021
Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Siyasət rubrikasından digər xəbərlər