"Qarabağ"ın futbolçusu Avroliqada rəmzi komandaya düşdü

18:24 08.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Sofascore" statistik portalı UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarının rəmzi komandasını açıqlayıb.

Hafta.az xəbər verir ki, rəmzi 11-likdə "Qarabağ"ın futbolçusu Yassin Benzia da yer alıb.

Bakıda "Bayer"lə heç-heçə etdikləri (2:2) görüşdə 90 dəqiqə meydanda olan əlcəzairli yarımmüdafiəçi oyunda ilk qolu vurub.

Xatırladaq ki, "Qarabağ"ın hücumçusu Olavio Juninyo isə həftənin ən yaxşı futbolçusu adına 4 namizəddən biridir.