115 yaşlı seçici səs verib

17:29 09.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cənub bölgəsi üzrə ən yaşlı seçicinin 115 yaşı var. 

Secki-2020.az saytının xəbərinə görə, bölgənin ən yaşlı seçicisi 75 saylı Lənkəran–Masallı seçki dairəsinin 12 saylı məntəqəsində siyahıya alınıb.

Belə ki, 1905-ci il təvəllüdlü Şabikə Fərhad qızı Axundova daşınan qutu vasitəsilə ona yaradılan şəraitdən istifadə edərək səs verib.