“1200-1300 yəhudiyə iki ilə yaxındır ağlaşma qururlar, amma 50 mindən çox ərəbi öldürdülər, “uf” da demədilər...”

11:54 09.04.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Bütün bunlar hər gün onlarla, yüzlərlə insanı qətlə yetirən terrorçu İsrail dövlətini müdafiə etmək üçündür... İsrail isə Amerikanın 51-ci ştatıdır, Yaxın Şərqdə qonşu müsəlman ölkələrinə təzyiq göstərmək və onları itaətdə saxlamaq üçün ən səmərəli alətdir...”

“Bəli, belə getsə, ABŞ və İsrail Yəməndə də Qəzzadakı kimi dinc, mülki əhalini qıracaqlar. Bilirsiz, xristian, yəhudi, Qərb aləmi üçün müsəlmanlar insan deyil”.

Bunu hafta.az əməkdaşının İranın Yəməndən öz hərbi qüvvələrini çıxarmasından sonra olay və proseslərin hansı istiqamətdə inkişaf edəcəyi, husilərin taleyinin necə olacağı ilə bağlı sualını cavablandıran politoloq Zərdüşt Əlizadə söyləyib.

“Belə düşünürəm ki, İran qoşunlarının Yəməndən çəkilməsindən sonra oradakı husilərin başına heç nə gəlməyəcək. Bilirsiz, Səudiyyə Ərəbistanı neçə illər bundan əvvəl husilərə qarşı bir koalisiya formalaşdırıb, 14 ölkənin qoşunlarını bir yerə yığıb və həmin birləşmiş qüvvələr 5-6 ildir ki, nə qədər çalışır, husilərə qalib gələ bilmir. Bu səbəbdən indi də husilərə qarşı mübarizədə heç bir ciddi nəticəyə nail olmayacaqlar. Sadəcə, bir məsələ var ki, İran mütəxəssisləri olmayanda husilər Qırmızı dənizdə Amerikaya, İsrailə və s. məxsus hərbi və ticarət gəmilərinə effektiv raket zərbələri endirə bilməyəcək. Amma husilərin özlərinə ABŞ da, İsrail də, Səudiyyə Ərəbistanı da heç nə edə bilməyəcək. Axı onların heç bir ciddi və böyük idarə mərkəzləri, hərbi strukturları, bazaları yoxdur; ayaqlarında “şap-şap”, əyinlərində dama-dama tuman, əllərində də “Kalaşnikov” avtomatı qarışqa kimi dağlarda-daşlarda ora-bura qaçırlar – onları tapa biləcəklər ki, nəsə də etsinlər”, -deyə davamında politoloq diqqətə çatdırıb.

“Lakin əlbəttə ki, Amerika terrorçu dövlətdir, nəhəng dövlətdir və İrandan min dəfə güclüdür. Ona görə də İranı onun şərtlərini qəbul etməyə məcbur edir. Və bütün bunlar hər gün onlarla, yüzlərlə insanı qətlə yetirən terrorçu İsrail dövlətini müdafiə etmək üçündür... İsrail isə Amerikanın 51-ci ştatıdır, Yaxın Şərqdə qonşu müsəlman ölkələrinə təzyiq göstərmək və onları itaətdə saxlamaq üçün ən səmərəli alətdir”, -deyə həmsöhbətimiz  bildirib.

“Belə çıxmırmı ki, ABŞ və İsrail Qəzzada “HƏMAS”la döyüşlərdə olduğu kimi, Yəməndə də husilərə qarşı əməliyyatlarda ağına-bozuna baxmadan dinc, mülki insanları da kütləvi şəkildə qətlə yetirəcəklər” sualına isə həmsöhbətimiz belə cavab verib:

“Bəli, belə getsə, ABŞ və İsrail Yəməndə də Qəzzadakı kimi dinc, mülki əhalini, uşaqları, qadınları, qocaları, xəstələri və s. qıracaqlar. Bilirsiz, xristian, yəhudi, Qərb aləmi üçün müsəlmanlar insan deyil. 2023-cü ilin 7 oktyabrında  “HƏMAS”-İsrailə məlum hücumda həlak olmuş uzağı, 1200-1300 yəhudiyə iki ilə yaxındır yas tuturlar, ağlaşma qururlar, amma 50 mindən çox ərəbi öldürdülər, heç “uf” da demədilər. Çünki veclərinə deyil...”