16 yaşlı yeniyetmə anasını öldürdü, qardaşını yaraladı - YENİLƏNİB

09:21 21.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda qadını öldürüb oğlunu yaralayan şəxsin kimliyi müəyyənləşib.

DİN-in mətbuat xidmətindən hafta.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən anasını kəsici alətlə qətlə, qardaşına xəsarət yetirməkdə şübhəli bilinən 2007-ci təvəllüdlü Zülfüqarlı Əlfüqar Mahir oğlu saxlanılaraq istintaqa təhvil verilib.

***

Avqustun 21-də saat 03 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində 1986-ci il təvəllüdlü Zülfüqarova Günay Əhməd qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və 2012-ci il təvəllüdlü oğlunun xəsarət alması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən hafta.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.