Yazını böyüt
Yazını kiçilt
Ukrayna Prezident Aparatı rəhbərinin müavini İrina Mudra “Ukrinform”a açıqlamasında deyib ki, Rusiyanın tammiqyaslı hücumlarının başladığı 24 fevral 2022-ci ildən bu yana Ukraynaya 3 il ərzində 589 milyard dollar ziyan dəyib. Rusiya təcavüzünün hər gün davam etdiyinə diqqət çəkən Mudra əlavə edib ki, əslində Rusiyanın vurduğu ziyan on minlərlə insan itkisi ilə birlikdə 1 trilyon dollara çatır.
Hafta.az-ın “Ukrinform”a istinadən yazdığına görə, Dünya Bankının zərər və ehtiyacların qiymətləndirilməsi hesabatında Ukraynanın dolayı maliyyə itkilərinin 2022-ci ildən bu yana təxminən 589 milyard dollara çatdığı qeyd edilib.
Bildirilib ki, hücumlardan ən çox zərər çəkənlər mənzil, nəqliyyat infrastrukturu, enerji, sənaye və təhsildir.